Paşinyan Putinlə görüşməmək üçün görün nə etdi

Paşinyan Putinlə görüşməmək üçün görün nə etdi Ermənistanın Baş naziri Nikol Paşinyanda koronavirus aşkar edilib.

Bu barədə Paşinyan Feysbukda yazıb.

Onun sözlərinə görə, dekabrın 23-də verdiyi testin nəticəsi müsbət çıxıb:

“Bazar ertəsi, yəni dekabrın 23-də COVID testim müsbət çıxdı. Ayın 23 və 24-də özümü təcrid etdim və iqamətgahımdan işlədim. Dekabrın 25-də nəticələr artıq mənfi oldu, adi iş rejimimə qayıtdım”.

N.Paşinyan Rusiyada keçiriləcək sammitə qatılmayacağını bildirib:

“Həmkarlarımla məsləhətləşdikdən sonra qərara gəldim ki, bu gün Sankt-Peterburqda keçiriləcək MDB liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyim. Günün sonuna kimi sabah Avrasiya İqtisadi Birliyi (Aİİ) Ali İqtisadi Şurasının iclasında iştirak edib-etməmək barədə qərar qəbul edəcəyəm”.

Qeyd edək ki, sosial şəbəkənin Ermənistan seqmentində Paşinyanın MDB liderlərinin sammitində iştirakdan yayınmaq üçün koronavirus iddiasını ortaya atdığı deyilir.

Tehsil-press.az

Oxşar xəbərlər