Ermənistan KTMT-nin sammitində iştirak etməyəcək

Ermənistan KTMT-nin sammitində iştirak etməyəcək Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirak etməyəcək.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı KTMT-nin noyabrın 23-də Minskdə keçirilməsi planlaşdırılan sammitində iştirak edə bilməyəcəyi barədə məlumat verib.
N. Paşinyan tərəfdaşların bu qərarı anlayışla qarşılayacaqlarına ümid etdiyini bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər