Elm və Təhsil Nazirliyi tərəfindən 2024-cü ildə həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb.
Müsabiqəyə ümumilikdə 112 layihə təqdim olunub. Bütün layihələr əvvəlcə texniki ekspertiza mərhələsindən keçirilib və nəticədə onlardan 109-u məzmun qiymətləndirilməsi mərhələsinə buraxılıb. Məzmun qiymətləndirilməsi mərhələsində layihələr 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan layihələr Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli 652 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılıb. Nəticə etibarı ilə qeyri-hökumət təşkilatları tərəfindən daxil olmuş 15 layihəyə qrant ayrılıb.
Müsabiqə nəticəsində qrant ayrılmış layihələrlə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür.
Tehsil-press.az