Azərbaycan Universitetində 2024-cü ilin nəticələri müzakirə olunub

Azərbaycan Universitetində 2024-cü ilin nəticələri müzakirə olunub Azərbaycan Universitetində 2025-ci il üzrə Elmi Şuranın ilk iclası keçirilib. İclasda universitetin 2024-cü ildəki fəaliyyətinin nəticələri müzakirə olunub, rektor Səadət Əliyevanın və elmi işlər üzrə prorektor Yusif Qasımovun gündəlikdə duran məsələlərə dair çıxışları dinlənilib. Çıxışlarda ötən il əldə olunmuş uğurlara geniş nəzər salınıb, bəzi çatışmazlıqlara diqqət yetirilib.

Çıxışların ardından Elm şöbəsinin müdiri Lətifə Ağamalıyevanın 2024-cü ildə aparılmış elmi-tədqiqat işlərinin yekunları və əldə olunmuş mühüm elmi nəticələrə dair hesabat məruzəsi dinlənilib. Hesabat məruzəsi universitetin elmmetrik göstəriciləri, elmi konfranslar və tədbirlər, elmi jurnalların fəaliyyəti, beynəlxalq elmi əməkdaşlıq, tələbə elmi cəmiyyətlərinin fəaliyyəti, dərc edilmiş elmi işlər, kitab, monoqrafiya, dərs vəsaitləri haqqında məlumat və bu kimi mövzuları əhatə edib. Qeyd olunub ki, universitetin elmi kitabxanası yeni dizaynda yenidən təşkil olunub və ədəbiyyat fondu zənginləşdirilib.

Hesabat məruzəsində Azərbaycan Universitetinin elmmetrik göstəricilərinə xüsusi yer ayrılıb. Bildirilib ki, Milli H-indeksinin Reytinq göstəricisinə görə (Azerbaijan National H-index Ranking 2024) universitet ölkə üzrə 7-ci yerdə qərarlaşıb.

Web of Science bazası üzrə H-indeksi 34-dür. Keçən il bu rəqəm 29 olub. Bu bazada indekslənən jurnallarda çap olunmuş məqalələrin sayı 69-dur. Məqalə sayına görə Azərbaycan Universiteti ölkə universitetləri arasında 7-ci yerdədir. Universitet əməkdaşlarının qeyd olunan bazada indekslənən jurnallarda çap olunan məqalələrinə olan istinadların sayı 1350-dir. Məqalələrə olan istinad sayına görə Azərbaycan Universiteti ölkə üzrə 5-ci yerdədir.

Məruzədə qeyd olunub ki, Azərbaycan Universitetinin Scopus bazasında 2023-cü ildə profili yaradılıb və bu baza üzrə H-indeksi ötən illə müqayisədə 30-dan 37-yə irəliləyib. Universitet əməkdaşlarının Scopus bazasında indekslənən jurnallarda 97 məqaləsi çap olunub, istinad sayı isə 1708-dir. Bu göstərici ilə Azərbaycan Universiteti Scopus bazasında ölkə universitetləri arasında 6-cı yerdə qərarlaşıb.

Elmi Şurada qeyd olunub ki, Azərbaycan Universiteti rektorunun 05.02.2018-ci il tarixli “Əməkdaşların elmi tədqiqat fəaliyyətinə təşviq edilməsi haqqında” əmrinə əsasən universitetin 2024-cü ildə indekslənən jurnallarda məqaləsi çap olunmuş 18 əməkdaşı mükafatlandırılıb.

İclasda Siyasi və ictimai elmlər kafedrası “İlin kafedrası” kateqoriyası üzrə, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışınski, Tərcümə və filologiya kafedrasının professoru Şaban Hüseynov səmərəli elmi fəaliyyətə görə sertifikatla təltif olunublar.

Sonda Elmi Şuranın gündəliyinə dair müzakirələr aparılıb, təkliflər dinlənilib.

Azərbaycan Universitetində 2024-cü ilin nəticələri müzakirə olunub
Azərbaycan Universitetində 2024-cü ilin nəticələri müzakirə olunub
Azərbaycan Universitetində 2024-cü ilin nəticələri müzakirə olunub
Azərbaycan Universitetində 2024-cü ilin nəticələri müzakirə olunub


Tehsil-press.az

Oxşar xəbərlər