Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşlarının 2023-cü ildə “Web of Science”-da 191, “Scopus”da 383 elmi əsəri nəşr olunub. İndiyə qədər isə ADNSU alimlərinin “Scopus”a daxil olan dərgilərdə 1896 elmi məqaləsi yer alıb.
ADNSU alimlərinə və onların elmi məqalələrinə istinadların elmimetrik bazalarda son 1 ildə yüksəlişini H-index gösətricilərinə görə də nəzərdən keçirsək görərik ki, “Scopus”-da bu göstərici 37-dən 41-ə, “Web of Science”da 34-dən 37-ə yüksəlib.
ADNSU əməkdaşlarının nəşr olunan məqalələri “Scopus” bazasında illər üzrə artan istiqamətdə dəyişib. Belə ki, 2020-ci ildə 193, 2021-ci ildə 232, 2022-ci ildə 273, 2023-cü ildə 383 məqalə nəşr olunub. 2024-cü ilin ilk ayında isə 13 məqalə təşkil edir.
Göründüyü kimi, son 3 ildə beynəlxalq bazalarda ADNSU üzrə dərc olunan məqalələrin sayı 100% artaraq 2020-ci ildə 193 istinad olduğu təqdirdə, 2023-cü ildə bu göstərici 383-ə yüksəlib. Eyni zamanda ADNSU alimlərinin elmi məqalələrinə istinad 2020-ci ildə 1033 olubsa, 2023-cü ildə bu göstərici 1931 istinad təşkil edib. “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, hər bir elmi məqaləyə istinadların orta sayı isə 3.87-dən 4.53-ə qədər yüksəlib.
Tehsil-press.az