Azərbaycan Universitetində 2021-ci il üzrə elmi fəaliyyətin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İclasda Universitetin rektoru Səadət Əliyeva 2021-ci ilin elmi fəaliyyət baxımından olduqca məhsuldar keçdiyini bildirib və növbəti dövr üçün qarşıda duran vəzifələr haqqında məlumat verib.
Elmi hesabatı universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru Yusif Qasımov təqdim edib. Hesabat məruzəsi universitetdə keçirilmiş elmi tədbirlər, beynəlxalq və respublika səviyyəli konfransların hesabatı, “İpək yolu” elmi jurnalının fəaliyyəti, beynəlxalq elmi əməkdaşlıq, dərc edilmiş elmi işləri əhatə edib.
Hesabat məruzəsində qeyd olunub ki, 2021-ci il Azərbaycan Universitetinin elmi həyatında bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, Təhsil naziri Emin Əmrullayevin 15 iyul 2021-ci il tarixli əmri ilə Azərbaycan Universitetinin bir qrup əməkdaşı universitetin 30 illik yubileyi münasibətilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı”, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” ilə təltif edilib. Təhsil nazirinin bu əmri universitet heyətinin daha səmərəli və məhsuldar fəaliyyəti üçün çox böyük stimuldur.
Məruzədə həmçinin bildirilib ki, hesabat ilində Azərbaycan Universitetində 3 beynəlxalq və 1 respublika səviyyəli elmi konfrans keçirilib. Bütün konfransların materialları toplu şəklində dərc edilib və konfrans iştirakçılarına təqdim olunub. 9 aprel 2021-ci il tarixində keçirilən Gənc tədqiqatçıların IV respublika elmi konfransında respublikanın bütün ali təhsil müəssisəsələrini, elmi-tədqiqat institutu və qurumlarını təmsil edən 150-dən çox məruzə dinlənilib. 7 may 2021-ci il tarixində keçirilən “Nizami Gəncəvinin əsərləri ədəbi və tarixi mənbə kimi” beynəlxalq konfransının plenar iclasında ABŞ-ın Arizona Universitetinin professoru Kamran Talatoff və Ball State Universitetinin professoru Mattew R. Hotham, Azərbaycan Universitetinin professoru Qorxmaz Quliyev plenar məruzə ilə çıxış ediblər. 22 oktyabr 2021-ci il tarixində Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə birgə “İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər” beynəlxalq konfransı keçirilib. Qeyd olunmuş konfransın plenar məruzəçiləri isə Xarkov Milli Radioelektronika Universitetinin professoru Aleksandr Lemeşko və Türkiyənin Ondokuz Mayıs Universitetinin dosenti Sedat Akleylek olub. 2021-ci ilin son elmi konfransı isə Böyük Britaniyanın Middlesex Universiteti ilə birgə 19 noyabr 2021-ci il tarixində təşkil olunub. “Gender problemi və müasir Azərbaycan” beynəlxalq konfransının plenar iclasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri professor Rəna Mirzəzadə “Vətən müharibəsinin və pandemiyanın gender amili” mövzusunda məruzə ilə çıxış edib.
2021-ci ildə “İpək yolu” elmi jurnalının 4 nömrəsi və 1 xüsusi buraxılış nəşr edilib. “Qarabağ Azərbaycandır” xüsusi buraxılışı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixinə, müzəffər ordumuzun erməni işğalçı qüvvələri üzərində böyük qələbəsinə həsr olunub. Jurnalın 2021-ci il 2-ci nömrəsi dahi şair və mütəffəkkir Nizami Gəncəviyə həsr edilib və jurnala onun yaradıcılığına həsr olunmuş məqalələr daxil edilib. Jurnalın 2021-ci il 3-cü nömrəsi isə Azərbaycan Universitetinin 30 illik yubileyinə həsr olunub.
Məruzədə bildirilib ki, hesabat ilində universitetin əməkdaşları İtaliyanın “Tuscia”, Vyetnamın “Ton Duc Thang University”, Cənubi Afrika Respublikasının “University of South Africa”, İranın “University of Tabriz”, Kanadanın “University of Victoria”, Argentinanın “UNNE, FaCENA”, Çinin “China Medical University”, Pakistanın “Abdul Wali Khan University” Taylandın “Prince of Songkla University”, Hindistanın “School of Basic and Applied Sciences” və “Aligarh Muslim University” universitetləri ilə birgə elmi-tədqiqat işləri aparıb və onların nəticəsi olaraq birgə elmi məqalələr dərc edilib.
Hesabat məruzəsində qeyd olunub ki, Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə əməkdaşlığın yeni istiqaməti olaraq Azərbaycan Universitetində 2021-ci ilin oktyabr ayında İnformasiya təhlükəsizliyi üzrə birgə tədris-tədqiqat laboratoriyası yaradılıb.
Prorektor məruzəsində universitetdə elmi fəaliyyətin səmərəli təşkili və əməkdaşların elmi tədqiqat fəaliyyətinə təşviq edilməsi haqqında rektor Səadət Əliyevanın əmrlərini də diqqətə çatdırıb. Məruzədə bildirilib ki, hesabat ilində universitet əməkdaşlarının Azərbaycanda nəşr olunan elmi jurnallarda 64, xaricdə nəşr olunan elmi jurnallarda isə 110 məqaləsi çap olunub ki, onlardan 108-i indekslənən jurnaldır. Bu məqalələrdən 43-ü Q1 kateqoriyalı, 38-i Q2 kateqoriyalı, 8-i Q3 kateqoriyalı, 17-si ESCI kateqoriyalı, 2-si isə yalnız Scopus bazasında olan jurnallarda çap edilib.
Məruzədə hesabat ilində 5 monoqrafiya, 1 dərslik, 2 dərs vəsaiti, 97 proqram və metodik vəsait və 65 tezisin çap edildiyi qeyd olunub.
Hesabat məruzəsində vurğulanıb ki, universitet əməkdaşlarının üç məqaləsi Web of Science (Clavirate Analytics) bazası üzrə 2021-ci ildə ən çox istinad edilən məqalə kimi bu bazada qeyd edilib. 2021-ci ildə Azərbaycan Universiteti əməkdaşlarının indekslənən jurnallarda çap edilmiş məqalələrinə belə jurnallarda 859 istinad edilib. Bütün bunların nəticəsi kimi universitetin Clavirate Analytics Agentliyinin Web of Science bazası əsasında müəyyən edilən H indeksi 2021-ci ildə 9-dan 19-a yüksəlib.
Hesabat iclasında kafedralar üzrə elmi fəaliyyətin qiymətləndirilməsi üçün tərtib olunan bal cədvəli və universitetdə tətbiq edilən elmi-tədqiqat fəaliyyətinin qiymətləndirilməsi sisteminə əsasən ən çox bal toplamış əməkdaşların adları da təqdim olunub. Bildirilib ki, Azərbaycan Universiteti rektorunun “Əməkdaşların elmi tədqiqat fəaliyyətinə təşviq edilməsi haqqında” əmrinə əsasən indekslənən jurnallarda çap olunmuş məqalələrin müəllifləri mükafatlandırılıb.
Tehsil-press.az