ADNSU alimlərinin “Scopus” dərgilərində 1896 elmi məqaləsi dərc olunub

ADNSU alimlərinin “Scopus” dərgilərində 1896 elmi məqaləsi dərc olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşlarının ötən il “Web of Science” bazasında 191, “Scopus”da 383 elmi əsəri yer alıb. İndiyə qədər isə ADNSU alimlərinin “Scopus”a daxil olan dərgilərdə 1896 elmi məqaləsi dərc olunub.
ADNSU alimlərinə və onların elmi məqalələrinə istinadların elmmetrik bazalarda son 1 ildə yüksəlişini H-index göstəricilərinə görə nəzərdən keçirdikdə “Scopus”da bu göstərici 37-dən 41-ə, “Web of Science” bazasında 34-dən 37-ə yüksəlib.
ADNSU əməkdaşlarının dərc olunan məqalələri “Scopus”da illər üzrə artan istiqamətdə dəyişib. Belə ki, bu bazada 2020-ci ildə 193, 2021-ci ildə 232, 2022-ci ildə 273, 2023-cü ildə 383 məqalə dərc olunub.

Tehsil-press.az



Oxşar xəbərlər