Neft və Qaz İnstitutunun (NQİ) Yer Elmləri Bölməsi ilə birgə 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunan onlayn illik hesabat iclası keçirilib.
İclasda elmi müəssisənin direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Vaqif Qurbanov hesabatı təqdim edib.
O bildirib ki, 2020-ci ildə Neft və qaz yataqlarının hidroqazdinamikası, işlənilməsi, istismarı və quyuların qazılması, resurslarının mənimsənilməsinin səmərəliliyinin yüksədilməsi istiqaməti üzrə 3 problem, 7 mövzu və 8 elmi tədqiqat işi yerinə yetirilib. İnstitut əməkdaşları tərəfindən 41 məqalə (29-u xaricdə), 16 tezis (7-si xaricdə) dərc olunub. Bu məqalələrdən 22-si “Web of Science” və “Scopus” elmi bazalarında indeksləşən jurnallarda dərc edilib. Hesabat ilində müəssisənin alimlərinin elmi əsərlərinə 456 istinad olunub. Vaqif Qurbanov bu il imzalanan müqavilələr, qrant layihələri, elmi kadrların hazırlanması, təltif və mükafatlar haqqında ətraflı məlumat verib.
Sonda hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb, təkliflər dinlənilib və institut kollektivinin elmi tədqiqat işlərinin nəticələri yüksək qiymətləndirilərək, müvafiq tövsiyələr diqqətə çatdırılıb.
Tehsil-press.az