Dünyanın ən dəhşətli tıxacları olan şəhərlər açıqlandı - Bakı var?

Dünyanın ən dəhşətli tıxacları olan şəhərlər açıqlandı - Bakı var? İstanbul dünyanın ən pis tıxaclara malik şəhərlərinin reytinqinə başçılıq edir.

Bu barədə “Inrix”in təhlilində bildirilir.

Türkiyənin 20 milyondan çox əhalisi olan ən böyük şəhəri reytinqdə Nyu-York, Çikaqo, Mexiko, London və bir sıra digər meqapolisləri geridə qoyub. Tədqiqat 37 ölkənin 900-dən çox şəhərini əhatə edib.

Analitiklərin fikrincə, şəhərdə tıxac vəziyyəti il ​​ərzində 15% pisləşib. Bir il əvvəl Çikaqo reytinqdə lider idi. Üstəlik, 2018-ci ilin eyni reytinqinə görə, İstanbulda sürücülər tıxacda 157 saat, bir il əvvəl isə cəmi 59 saat vaxt keçiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər