Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan keçirilib

Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan keçirilib Bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda hakimliyə namizədlərlə yazılı imtahan keçirilib.

Bu barədə DİM-dən bildirilib.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 4 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Yazılı imtahanda test mərhələsindən 60 və daha artıq bal toplamış 207 namizəd iştirak edib

Namizədlər hüquqi kazusları həll etmək bacarıqlarını nümayiş etdiriblər.

Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaq.

Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan keçirilib
Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan keçirilib


Tehsil-press.az


Oxşar xəbərlər