
“Ona görə də bu prosesdə tələsmək olmaz. Maaş artımı zamanla düzələcək. Əlbəttə, müəllim də digərlər şəxslər kimi daha çox maaş almaq istəyirlər. Amma buna zaman lazımdır. Mərhələli addımlar atılacaq”, - deputat qeyd edib.
Ceyhun Məmmədov Bakıda bu gün keçirilən forumda bildirib ki, sözügedən açıqlama ilə bağlı söyüşlər, təhqirlər yazılıb.
“Müəllimlərin maaşı qalxmalıdır. Amma bu, universitetlərdə, məktəblərdə, eləcə də digər təhsil ocaqlarında eyni zamanda baş tuta bilməz. Mənim demək istədiyim odur ki, müəllimlərimiz də fəal olmalıdırlar. Sertifikasiyadan kəsilən, diplomu tanınmayan müəllimlər narazı qalır. Dövlətin həyata keçirdiyi siyasətin təbliğində müəllimlərin üzərinə böyük vəzifə düşür. Müəllim nüfuzunu qoruyaq şagirdlərinə, tələbələrinə nümunə olur. Bu gün müəllimlərimiz öz nüfuzunu qoruya bilir. Ancaq neqativ hadisələrlə də üzləşirik”
Tehsil-press.az