ADNSU-da TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

ADNSU-da TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib Fevralın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qonaqları salamlayaraq layihənin tələbələrin sosial fəaliyyətlərindəki əhəmiyyətindən bəhs edib. Dövlətin vətəndaşlarının ali təhsil imkanlarının yaxşılaşdırılması, əlçatanlığı təmin etmək, həmçinin elmi innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışan rektor TələbəPlus kartının bu mənada tələbələr üçün innovativ təşəbbüs olduğunu bildirib. Rüfət Əzizov ölkəmizdə tələbələr üçün geniş imkanların mövcud olduğunu qeyd edərək Təhsilin İnkişafı Fondunun həyata keçirdiyi layihələrin təhsilin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. O, Fondun fəaliyyətini yüksək qiymətləndirərək bu sahədəki uğurların davamlı olacağına inandığını bildirib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təhsilin məzmunun inkişafı sahəsində görülən mühüm işlər və ölkə başçısının bu layihələrə göstərdiyi dəstəyi qeyd edib. Elnur Nəsibov həmçinin, TələbəPlus layihəsinin yaranması ideyasından və məqsədindən danışaraq TələbəPlus kartlarının bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıdığını vurğulayıb. İdarə Heyətinin Sədri əməkdaşlıq müqaviləsi imzalanmış 23 universitet üzrə bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan 190000 tələbənin TələbəPlus kartı ilə təmin edilməkdə olduğunu diqqətə çatdıraraq bu siyahıya Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda yerləşən ali təhsil müəssisələrin də daxil olduğunu bildirib.

Tədbirdə iştirak edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədri Araz Paşayev çıxışında ittifaqın fəaliyyətindən söz açaraq ATİAHİ Respublika Komitəsinin yeni layihələrlə təhsilin inkişafını daim dəstəklədiyini, eyni zamanda ittifaq üzvləri üçün əlçatanlığı təmin etmək məqsədilə bir sıra layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Araz Paşayev komitənin elm və təhsil sahəsində həyata keçirilən ən innovativ layihələrin daim yanında olduğunu bildirib. Bu nöqtədən, sədr ötən il ATİAHİ ilə TİF arasında imzalanan əməkdaşlıq memorandumundan sonra daha sıx əməkdaşlıq etdiklərini vurğulayaraq ATİAHİ-nin TələbəPlus təşəbbüsünə dəstək göstərməsindən məmnunluğunu qeyd edib.

CELT Tədris və İnkişaf Mərkəzinin direktoru Xəyyam Dəmirov ADNSU-da belə bir tədbirdə iştirakdan məmnunluğunu bildirib və layihənin tərəfdaşı kimi tələbəbə yönümlü layihənin bir parçası olmaqdan qürur hissi keçirdiyini vurğulayıb. Sonra CELT Tədris və İnkişaf Mərkəzinin nümayəndələri Nərminə Abdullayeva və Fərid Kərimov mərkəz haqqında təqdimatla çıxış ediblər.

Qeyd edək ki, “TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihənin məqsədi tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların tələbəlik dövründən maliyyə əlçatanlığını təmin etmək, gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.

ADNSU-da TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib
ADNSU-da TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib
ADNSU-da TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib
ADNSU-da TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib


Tehsil-press.az

Oxşar xəbərlər