Milliləşdirilmiş güləşçi Azərbaycanı “satdı” - Cəzalanacaq

Milliləşdirilmiş güləşçi Azərbaycanı “satdı” - Cəzalanacaq U-20 Azərbaycan çempionatında 125 kq çəki dərəcəsində gümüş medal qazanmış sərbəst güləşçi Muxamed Qantemirov cəzalanacaq.

Inquş əsilli pəhləvan ilk “3-lüy”ə düşməsinə baxmayaraq, Azərbaycan milli komandasının təlim-məşq toplanışlarına cəlb olunmayacaq.

Böyük gələcək vədi ilə milliləşdirilən 18 yaşlı idmançının hərəkəti federasiya rəhbərliyinə xoş olmayıb. Onun məsələsinə İntizam Komitəsində baxılacağı bildirilir.

Qantemirov 2024-cü ildə keçirilən U-17 Avropa çempionatında gümüş, dünya çempionatında isə bürünc medal qazanıb.

Xatırladaq ki, Muxamed Qantemirov U-20 Azərbaycan çempionatında sinəsində Rusiya bayrağı olan triko ilə yarışıb./“Teleqraf”/

Tehsil-press.az

Oxşar xəbərlər