
Bu sözləri Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, artıq Nazirlər Kabineti tərəfindən təqaüdlərin, eləcə də sosial müavinətlərin artırılması ilə bağlı təkliflər hazırlanır: "Gözlənilir ki, mart ayının ikinci yarısında həmin təkliflər dövlət başçısına təqdim olunacaq. Çünki mart ayının ikinci yarısı artıq verilən müddət başa çatır.
Qeyd etdiyimiz kimi, artıq mart ayının ikinci yarısında Nazirlər Kabineti tərəfindən təkliflər təqdim olunacaq. Daha sonra təbii ki, cənab Prezident tərəfindən sənədin imzalanması və həm təqaüdlərdə, həm də sosial müavinətlərdə artımların reallaşacağı mümkün olacaq.
Bildiyiniz kimi sosial paket mərhələli şəkildə reallaşır. Biz sosial paketin növbəti mərhələsində qeyd olunduğu kimi, təqaüd və sosial müavinətlərdə artımları müşahidə edəcəyik".
Tehsil-press.az