Dünyanın ən təmiz çimərlikləri olan ölkələr müəyyənləşdi

Dünyanın ən təmiz çimərlikləri olan ölkələr müəyyənləşdi İspaniya növbəti dəfə ən təmiz və təhlükəsiz çimərliklərə sahib ölkə seçilib. Bu barədə Trend "Vokrug sveta" saytına istinadən xəbər verir.

Bu il İspaniya "ən yaxşı çimərliklər" nominasiyasında öz rekordunu yeniləyib. Ekoloji və İstehlakçılar Maariflənməsi Assosiasiyasının (ADEAC) məlumatına əsasən, İspaniyada bu il 586 "mavi bayraq" sertifikatı ilə qeyd edilmiş çimərliklər uçota alınıb.
Bu ölkədə ən yaxşı yay istirahəti üçün regionlar sırasında Valensiyanın adı çəkilir - burada 125 "mavi bayraq" işarəli çimərliklər var. Valensiyadan sonra siyahıda Qalisiya (123), Kataloniya (98), Əndəlüs (76) və Bolear adaları (45) yer alıblar.
Reytinqin ikinci yerində 444 "mavi bayraqla" Türkiyə, sonra isə Yunanıstan (430), Fransa (400) və Portuqaliya (315) gəlir. Qeyd edək ki, "mavi bayraq" sertifikatı 4 meyar üzrə müəyyənləşir - suyun təmizliyi, ekologiyanın qorunması, təhlükəsizlik və istirahət edənlərin məlumatlandırılması.


Tehsil-press.az

Oxşar xəbərlər