Xalq artistinin vəziyyəti kritikdir

Xalq artistinin vəziyyəti kritikdir Xalq artisti Ənvər Həsənovun səhhəti daha da pisləşib.

Bunu 74 yaşlı sənətkarın qızı Aytən Həsənova söhbətində deyib.

“Atamın dünəndən vəziyyəti daha da ağırlaşıb, son dərəcə kritikdir. Tamamilə hərəkət etmir, huşu da yerində deyil. Gecə saatlarında yenidən təcili tibbi yardım çağırmalı olduq. Həkimlər atamla bağlı üzücü və xoş olmayan proqnoz verdilər. Dualara ehtiyacımız var”, - deyə aktyorun qızı vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə Xalq artisti Ənvər Həsənovun səhhəti ağırlaşıb və Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə yerləşdirilib. Həkimlər ona insult diaqnozu qoyub.

Tehsil-press.az

Oxşar xəbərlər