
Qeyd olunub ki, görüntülər çəkilib paylaşılması üçün nəzərdə tutulmayıb: "Respublikamızın səhnəsində istənilən şəxsi parodiya edirlər, heç onlar birmənalı qarşılanmır. İndi xanımlar üçün tədbir olub, tələbələr, sadəcə, parodiya ediblər. Burda pis nə var ki, təhsil ocağında əylənmək olmaz?
Sosial şəbəkələrdə normal bir şeyi də, pis bir şeyi də tənqid edə bilərlər. Hər insanın fikri fərqlidir, birinin yaxşı dediyi şeyə, digər pis deyə bilər. Müəyyən kütlə buna pis paxır deyə, pisdir deyə bilmərik".
***
Bakı Biznes Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilən tədbirin görüntüləri sosial şəbəkələrdə ciddi tənqidlə qarşılanıb.
Tədbir çərçivəsində oğlan tələbələr müğənni Kəmalə Günəşli və "Niqulya" kimi tanınan köməkçisi Nigarın sosial şəbəkələrdə viral olan dialoqlarından ibarət səhnə hazırlayıblar.
Ali təhsil müəssisəsi tələbələrinin belə bir addım atmasına icazə verdiyi üçün universitet rəhbərliyi linç edilib.
Həmin videonu təqdim edirik.
Tehsil-press.az