1 ay boyunca Sakit okeanda qayıqda qalmış 15 nəfər xilas edildi

1 ay boyunca Sakit okeanda qayıqda qalmış 15 nəfər xilas edildi Solomon adaları dövlətinin hökumət qüvvələri bir aydan artıq müddətdə Sakit okeanda qayıqda ac-susuz qalmış 15 nəfəri xilas edib.

Tehsil-press.az “ABC News” telekanalına istinadən xəbər verir ki. Aprelin əvvəllərində bir qrup şəxs motorlu qayıqla Papua-Yeni Qvineyaya məxsus Yeni İrlandiya adasından Lixir adasına getmək istəyib. Lakin okeanın ortasında qayığın mühərrikində nasazlıq yaranıb.
Mayın 10-da təyyarələrdən birinin ekipajı okeanda qayığı görərək sahil xidmətlərinə məlkumat verib. Bildirildiyinə görə, qayıqda olan qadınlardan biri bu bir ay ərzində susuzluqdan dünyasını dəyişib və onun meyitini okeana atıblar.
Xilas edilənlərdən ikisi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.


Tehsil-press.az

Oxşar xəbərlər