İşğaldan azad olunmuş səkkiz şəhərin Baş planı hazırdır

İşğaldan azad olunmuş səkkiz şəhərin Baş planı hazırdır "Artıq işğaldan azad olunmuş səkkiz şəhərin Baş planı başa çatdırılıb".

Bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"90 kəndin planlaşdırılması başa çatıb. Bu gün artıq həmin ərazilərdə ümumilikdə 30 minə yaxın insan yaşayır.

O cümlədən, üç min keçmiş məcburi köçkün ailəsi və digər insanlar - tələbələr həmin ərazilərdə yaşayır, fəaliyyət göstərirlər", - o qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər