Gəncə sakinini bıçaqlayan şəxs tutuldu

Gəncə sakinini bıçaqlayan şəxs tutuldu Gəncə sakininə bıçaqla xəsarət yetirən şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində K.Hüseynovun baş nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 27 yaşlı Tofiq Qurbanov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tehsil-press.az


Oxşar xəbərlər