Lənkəran rayon sakini İlahə Nəcəfovaya və onun anasına bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini Əziz Əsgərov tutularaq istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyindən Təhsil-press.az-a verilən məlumata görə, iyunun 21-də Lənkəran rayonunun Liman şəhər sakini İlahə Nəcəfovanın evinə gələn naməlum şəxs ev sahibəsinə və səs-küyə gələn anası Arifəyə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, Arifə orada ölüb.
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əziz Əsgərov iyunun 26-da tutularaq istintaqa təhvil verilib.
Təhsil-press.az