
Memorandumun imzalanması mərasimindən əvvəl tərəflər arasında əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüş keçirilib. Görüşdə Azərbaycan Universitetini rektor Səadət Əliyeva, elmi işlər üzrə prorektor, riyaziyyat elmləri doktoru Yusif Qasımov, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova; Beykent Universitetini isə rektor Volkan Öngel, universitetin Himayədarlar Şurasının sədri Erkan Çelik, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybala Yavuzarslan və Tələbələrlə iş üzrə koordinator Serhat Butur təmsil edib.
Görüşdə rektorlar Səadət Əliyeva və Volkan Öngel rəhbərlik etdikləri ali təhsil müəssisələrinin tarixi, fəaliyyəti, tədrisi aparılan ixtisaslar və beynəlxalq akkreditasiyadan keçən ixtisaslar, beynəlxalq əlaqələr və əməkdaşlıq, elmi aktivlik, universitetlərin beynəlxalq reytinqlərdə mövqeyi haqqında məlumat veriblər. İkili diplom proqramlarının yaradılması və bu kimi qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşdə tərəflər stratejik hədəflərini də diqqətə çatdırıblar.
Tehsil-press.az