Azərbaycan Universiteti ilə Almatı Menecment Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Universiteti ilə Almatı Menecment Universiteti arasında Anlaşma Memorandumu imzalanıb Azərbaycan Universiteti ilə Almatı Menecment Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və Almatı Menecment Universitetinin Beynəlxalq Əməkdaşlıq üzrə prorektoru Ruslan Kozhakmetov imzalayıb. Azərbaycan Universitetində keçirilən görüşdə tərəflərin mümkün əməkdaşlıq istiqamətləri haqqında fikir mübadiləsi aparılıb.
Əldə olunan razılığa əsasən tərəflər əməkdaşlığın inkişafı üçün müəllim-tələbə mübadiləsi, birgə konfransların təşkil olunması, birgə elmi-tədqiqat işlərinin aparılması və bu kimi sahələrdə əməkdaşlıq edəcəklər.
Prorektor görüşdən sonra Azərbaycan Universitetinin tədris binası və maddi texniki bazası ilə də tanış olub. Qonağa Azərbaycan Xalq Cümhuriyyəti auditoriyası, Konfutsi mərkəzi və elmi kitabxana göstərilib.
Rektor Səadət Əliyeva qonağa rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, fəaliyyəti, əldə etdiyi uğurlar, qoşulduğu mübadilə proqramları və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib, universitetin Türkiyənin və Avropanın qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini bildirib.
Tərəflər imzalanan anlaşma memorandumunun hər iki universitetdə təhsilin inkişafına böyük töhfə verəcəklərinə əminliklərini ifadə ediblər.

Mətbuat Xidməti

Oxşar xəbərlər