"Məktəb direktoru vəzifəsindən azad edilən şəxs, əgər pedaqoji fəaliyyətlə məşğul olubsa, müəllim kimi çalışa bilər".Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, məktəb direktoru əmək funksiyasını kobud şəkildə pozursa, tutduğu vəzifədən azad edilir:
"Əgər onun təhsili və əvvəlki pedaqoji fəaliyyəti nəzərdə tutulubsa, əmək qanunvericiliyinə əsasən tənzimlənibsə, biz ona etiraz etmirik, pedaqoji fəaliyyətini davam etdirə bilər. Amma məktəb direktoru olaraq fəaliyyət göstərə bilməz".
Tehsil-press.az







