İmişlidə SSRİ bayrağ qaldırılmasını pisləyirəm - Misir Mərdanov

İmişlidə SSRİ bayrağ qaldırılmasını pisləyirəm - Misir Mərdanov İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib.

Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Misir Mərdanov hadisə ilə bağlı fikirlərini Modern.az-la bölüşüb.

“Mən bu hərəkəti pisləyirəm və yanlış addım hesab edirəm”.

M.Mərdanov rəhbərliyin tədbir görməsinə ehtiyac olduğunu deyib: “Mənə elə gəlir ki, rəhbərlik tədbir görüb münasibətini bildirsə, yaxşı olar”.

Tehsil-press.az


Oxşar xəbərlər