“İndicə Abel Məhərrəmovla bir yerdə idim” - Misir Mərdanov

“İndicə Abel Məhərrəmovla bir yerdə idim” - Misir Mərdanov Xəbər verdiyimiz kimi Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad edilib. Sosial mediada onun sələfi olmuş sabiq Təhsil naziri Misir Mərdanovun bu vəzifəyə təyin olunacağı məlumatı yayılıb.
Prezidentin sərəncamından az sonra açıqlama verən sabiq Təhsil naziri Misir Mərdanov Abel Məhərrəmovun vəzifəsindən azad olunmasından xəbərsiz olduğunu bildirib:“Ay kişi, mən indicə Abel Məhərrəmovla birlikdə tədbirdə idim. Onun vəzifəsindən azad olunmasından xəbərsizəm. Onun yerinə kimin təyin olunacağı ilə bağlı da heç nə deyə bilmərəm”.

Tehsil-press.az

Oxşar xəbərlər