Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə institutun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov ölkəmizdə Azərbaycan Gəncləri Gününün qeyd edilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.
M.Mərdanov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti gənclərin gələcəyə daha ümidlə baxmasına, daha səylə çalışmasına, müasir Azərbaycanın inkişafına öz töhfələrini verməsinə geniş imkanlar yaradır.
Misir Mərdanov, eyni zamanda, AMEA-da aparılan gənclər siyasətindən danışıb. Bildirib ki, AMEA-da Gənc Alim və Mütəxəssislər Şurası bu istiqamətdə uğurla çalışır.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pərviz Müseyibli vurğulayıb ki, gənclər onların qarşısına qoyulan bütün məsuliyyətli işləri yüksək səviyyədə həyata keçirirlər.
Tədbirdə səmərəli elmi fəaliyyətlərinə görə Aida Əsgərova “İlin gənc alimi” mükafatına, İbrahim Məmmədov tərifnaməyə layiq görülüblər.
Digər çıxış edənlər bildiriblər ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.
Tehsil-press.az