Mayın 18-də Azərbaycan məktəblərinə qəbul zamanı 1-ci sinifə gedən şagirdlərdən yığılan rüşvət barədə yazılarım ətrafında gedən müzakirələr göstərdi ki, vəziyyət biz təsəvvür etdiyimizdən də betərdir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Təhsil sistemi bütövlükdə böyük bir biznes layihədir və burada atılan istənilən addım pul qazanmaq məqsədi güdür.
Əvvəlcədən iki məqamı xüsusi qeyd etmək istəyirəm. Gedən müzakirələrdən görünür ki, ölkə üzrə bütün müəllim(ə)lər və direktorlar bu korrupsiya bataqlığına bulaşmayıblar. Bağçaların tabeçiliyi isə Təhsil Nazirliyinə deyil İcra Hakimiyyətlərinə, daha dəqiq desək Hacıbala Abutalıbovdadır. Bu barədə gələn yazılarımda daha ətraflı qeydimi aparacam.
Məktəblərdəki rüşvətlə bağlı valideynlərin yazdıqlarından bəlli olur ki, əksər müəllimlər dərsdən sonra hazırlıq kursları verirlər. Bunun da səbəbi 200 manat maaş alan müəllimin ailəsinə əlavə qazanc yeri axtarmasıdır. Daha sonra yazırlar ki, dərsdən sonrakı hazırlığa çox şagird cəlb olunsun deyə müəllimlər dərs zamanı keyfiyyətli tədris proqramı keçmirlər. Hazırlığa yazılmayan şagirdə isə biganə münasibət, diqqətsiz yanaşma göstərirlər. Təbii ki, bütün bunlardan məktəb rəhbərliyi xəbərsiz deyil. Bu məsələnin bir maddi tərəfi. Digər tərəfdən isə artıq ölkədə az-çox imkanı olanların uşaqları dövlət məktəblərinə deyil, özəl tədris ocaqlarına üz tuturlar ki, onların da illik təhsil haqları 5-15 min avro civarında dəyişir. Sosial şəbəkə istifadəçilərindən, mətbuat nümayəndələrindən ödənişli özəl məktəblərin əksəriyyətinin kimlərə məxsus olmasını araşdırmalarını xahiş edərdim. Onda məsələ lap aydın olacaq.
P.S. Bütün bu alverin içində məhv olan isə - Azərbaycan Gəncliyidir.
Tehsil-press.az