Xüsusi qayğıya ehtiyacı olan və yüksək qabiliyyətli uşaqların təhsil aldığı,kommersiya məqsədi güdməyən bir məktəbdən bəhs edəcəyik.Bu məktəbin yaradılması üçün ilk addımı atan adam da daun sindromlu uşağı olan bir anadır.Haqqında danışacağımız bu məktəb Amerikanın Nyu-York şəhərində yerləşən “IDEAL School”-dur.
Heç bir şəkildə gəlir güdməyən bu məktəbdə daun sindromlu uşaqlarla birgə normal şagirdlər da təhsil alır.Məktəbdə heç kəs bir-birinə lağ etmir və şagirdlərin hədəfi yalnız lazımi təhsili almaqdır.Məktəbin müdiri Angela Bergeson: “Biz uşaqların eyni şəkildə davranmasını və ya öyrənməsini gözləmirik.Onlara olduqları kimi davranma fürsəti verir və bunu hər zaman dəstəkləyirik”-deyə açıqlama verib.
”IDEAL School” 8 il əvvəl daun sindromu diaqnozu qoyulmuş uşaq anası Mişel Smit və bir qrup valideyn tərəfindən yaradılmışdır.Smit bütün şagirdlərin fərqliliklərinə baxmayaraq dost ola biləcəyi və təhsil ala biləcəyi bir məktəb yaratmaq istəmiş və bütün gücü ilə buna nail olmağa çalışmışdır.Mişel Smit jurnalistlərə açıqlamasında qeyd edir:
“Biz xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətdən və həmyaşıdlarından uzaq qalmalarına razı olmadıq.Nəticədə onlar da insandır və onların da normal təhsil alma haqları var.Bizim məktəbdə heç bir uşaq lağa qoyulmur,digərlərindən fərqləndirilmir və bərabər şəkildə təhsil verilir”.
2005-ci ildə 20 şagirdlə fəaliyyətə başlayan “IDEAl School” hazırda 55 müəllim ilə 5 yaşından səkkizinci sinifə qədər 100-dən çox şagirdə təhsil və tərbiyə verir.Şagirdlərin 37 %-i yerli, 27 %-i Afrikalı, 18%-i latın, 3%-i Asiyalı, digərləri isə müxtəlif millətlərə mənsubdur.Təhsil alanların üçdə biri xüsusi qayğıya ehtiyacı olan şagirdlərdir.
Bu təhsil modelinin bənzərsiz olmasının digər səbəbi isə, hər sinifdə bir ümumi və bir xüsusi mütəxəssisin eyni anda dərs keçməsidir.Tədris keçən müəllim bütün şagirdlərə köməklik göstərir və beləcə heç bir şagird özünü fərqli hiss etmir.
Müdir Bergeson bəzi tələbələrin rəqs və şahmat dərnəklərinə qatılarkən digərlərinin də nitq məşqlərinə getdiklərini söyləyir.Bu proses tamamilə ön mühakimələri aradan qaldırmağa istiqamətlənir. ”Biz bərabərsizliyə dair bir çox mərhələni geridə qoyduq.Nələrisə gizlətməyə ehtiyac yoxdur.”
Məktəbin müvəffəqiyyətləri artdıqca dünyanın hər yerindən pedoqoqlar bu təhsil ocağına maraq göstərməyə başlamışlar.Bergeson dediyinə görə, ən son Ermənistandan gələn bir qrup mütəxəssis əqli cəhətdən zəif olan uşaqlarla digər uşaqları eyni sinifdə gördükdə təəccüblənmişlər.Bunun mümkün ola biləcəyinə inana bilməyiblər.
Məktəb qurucuları təhsili 12-ci sinifə qədər artırmaq və bu təhsil modelini başqa ölkələrdə də tətbiq etmək istəyirlər.Bergeson belə deyir: “Bu təhsil modeli burada həyata keçdisə, deməli digər şəhərlərdə də bu cür məktəblərə ehtiyac var.Biz həyatı məktəbə daşıyırıq.Buna görə də,uşaqlar məktəbdən içəriyə addım atdıqlarında özlərini evdə hiss edirlər.Sonra isə lazım olan tək şey hər uşaq üçün doğru təhsil proqramını qurmaqdır”.