Rövnəq Abdullayev SOCAR GPC qaz-kimya kompleksinin tikintisi barədə (YENİLƏNİB)

Rövnəq Abdullayev SOCAR GPC qaz-kimya kompleksinin tikintisi barədə (YENİLƏNİB) SOCAR GPC qaz-kimya kompleksinin layihələndirilməsi üzrə işlər və ilkin mühəndis işləri başa çatıb.
Bunu Azərbaycanda Neftçilər gününə həsr olunmuş tədbir zamanı SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
R.Abdullayev qeyd edib ki, kompleks Azərbaycanın kimya sənayesinin inkişafına növbəti töhfə olacaq:
"Hazırda bu məsələ ilə bağlı xarici investorlarla danışıqlar aparılır. İlkin mühəndislik işləri və layihələndirmə işləri artıq başa çatıb”.
Qeyd edək ki, qaz emalı və polimer zavodlarından ibarət olacaq SOCAR GPC kompleksinin tikintisinin 2018-ci ilin sonu – 2019-cu ilin əvvəlində başlanması planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər