Rövnəq Abdullayev Estoniyaya niyə getməyib?

Rövnəq Abdullayev Estoniyaya niyə getməyib? “Rövnəq Abdullayev Estoniya ilə oyuna gəlməli idi. Əvvəlcədən də nəzərdə tutulmuşdu”.
Bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev Tallinə “ETOPAZ”ın dəstəyi ilə səfər edən jurnalistlərə açıqlamasında deyib.
O, AFFA prezidentinin sabah AÇ-2024-ün seçmə mərhələsində Estoniyaya qarşı keçirəcəkləri matçda olmayacağından danışıb:
“Rövnəq müəllim həm də iqtisadiyyat nazirinin müavinidir. Qrafik sıxlığı ilə bağlı bura gələ bilmədi. Amma komanda ilə görüş oldu, telefon bağlantısı ilə qoşulmuşdu. Bir çox məsələlər müzakirə edildi”.

Tehsil-press.az


Oxşar xəbərlər