
Bu barədə 24.kg agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, ölkənin ali məhkəməsi yekun qərarı iyunun 9-da verib.
Şeripbayevaya qarşı iş 2023-cü ilin noyabrında açılıb. Sonra o, 10 sutka həbs edilib. Səbəb hicablı qızın Qar qız paltarı geyinmiş fotosunun repostu olub. Jurnalist etnik ədavəti qızışdırmaqda ittiham olunub.
2024-cü ilin dekabrında Bişkek rayon məhkəməsi onu təqsirsiz hesab edib.
Həbsdən bir ay əvvəl, 2023-cü ilin oktyabrında “NazarNews” saytı Qırğızıstan Mədəniyyət Nazirliyinin təzyiqinə məruz qalıb. Agentlik baş nazir Akılbek Japarovu tənqid edən materialın yığışdırılmasını tələb edib. Sayt tələbi yerinə yetirib. 2024-cü ilin dekabrında Japarov istefa verib.
Tehsil-press.az