ADA Universitetinin məzunları harada iş tapa bilir?

ADA Universitetinin məzunları harada iş tapa bilir? Əmək bazarına uğurlu çıxış hər bir ali təhsil müəssisəsinin əsas göstəricilərindən biri hesab olunur. Məzunların öz ixtisasları üzrə iş tapması təkcə şəxsi karyera uğuru deyil, həm də ali təhsilin keyfiyyətinin, təhsil proqramlarının aktuallığının və dövlətin insan kapitalına verdiyi önəmin bariz göstəricisidir.

Bu baxımdan ölkənin nüfuzlu ali məktəblərindən sayılan ADA Universitetinin məzunlarının əmək bazarına inteqrasiyası xüsusi maraq doğurur. Onların hansı sahələrdə çalışmağa başladığı, hansı ixtisasların daha çox və ya daha az tələbat gördüyü, ali təhsilin real əmək bazarı ilə nə dərəcədə uzlaşdığını göstərən mühüm göstəricilər sırasındadır.

Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan "Məzunların məşğulluq reytinqi”ndən əldə etdiyi məlumat əsasında bu dəfə Azərbaycan Diplomatik Akademiyasının məzunlarının işlə təmin olunması ilə bağlı vəziyyəti araşdırıb.

4 il ərzində universitetdən 1615 nəfər məzun olub, onların 1012-si iş tapa bilib. Bu da ümumi məzunların təxminən 62 faizini təşkil edir.

Məşğulluq göstəriciləri ən yüksək olan ixtisaslar

ADA Universitetində son illərin statistikası göstərir ki, müəyyən ixtisaslar üzrə məzunlar daha yüksək məşğulluq göstəricilərinə malikdirlər. Aşağıda qeyd olunan ixtisaslar ADA Universitetində tədris olunan və məzunları üzrə ən yüksək işlə təminolunma göstəricilərinə malik sahələrdir.

Biznesin idarə edilməsi (mühasibat uçotu və audit üzrə ixtisaslaşma)

İnformasiya texnologiyaları (tədris ingilis dilində)

İqtisadiyyat, əyani

Biznesin idarə edilməsi (tədris ingilis dilində)

Kompyuter elmləri (tədris ingilis dilində)

Məşğulluq göstəriciləri ən az olan ixtisaslar

ADA Universitetində də bəzi ixtisaslar üzrə məzunların işlə təminat səviyyəsi digərlərinə nisbətən daha aşağıdır.

Biznesin idarə edilməsi, əyani

Dövlət və ictimai münasibətlər (tədris ingilis dilində)

Kompyuter elmləri, əyani

Beynəlxalq münasibətlər, əyani

Dövlət və ictimai münasibətlər, əyani

İşlə təmin olunanların 80.1 faizi özəl, 19,9 faizi isə dövlət sektorunda çalışı.

Universitetdə ən çox məzun Biznesin idarə edilməsi (tədris ingilis dilində) ixtisası üzrə olub ki, bu ixtisas üzrə 5 ildə 332 nəfər məzun olub, onların 231-i işlə təmin olunub. Bu da məzunların 69.6 faizi deməkdir.

Digər ixtisaslar üzrə vəziyyət aşağıdakı kimidir

İqtisadiyyat (tədris ingilis dilində) ixtisasını bitirən 231 nəfərdən 160-ı işlə təmin olunub ki, bu da ümumi məzunların 69.3 faizini təşkil edir.

Dövlət və ictimai münasibətlər (tədris ingilis dilində) üzrə son 5 ildə 270 nəfər məzun olub və onlardan yalnız 159 nəfəri işlə təmin edilib. Bu, 58.9 faizlik göstəriciyə bərabərdir.

Beynəlxalq münasibətlər (tədris ingilis dilində) ixtisası üzrə məzun olan 270 nəfərin 158-i işləyir. Beləliklə, bu sahədə işlə təminolunma faizi 58.5-dir.

İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasını bitirən 81 tələbədən 53-ü artıq əmək bazarında yerini tapıb. Bu da ümumi göstəricinin 65.4 faizi deməkdir.

İnformasiya texnologiyaları (tədris ingilis dilində) üzrə məzun olan 45 nəfərdən 38 nəfərinin işlə təmin olunması bu sahədə 84.4 faiz uğur göstəricisini ortaya qoyur.

Kompüter elmləri (tədris ingilis dilində) ixtisası üzrə 59 nəfər məzun olub, onlardan 36-sı iş tapıb. Bu da ümumi məzunların 61 faizi deməkdir.

Kompüter elmləri (əyani) üzrə verilən statistika göstərir ki, 50 məzunun 34-ü işlə təmin olunub və bu, 68 faiz göstəriciyə bərabərdir.

Biznesin idarə edilməsi (əyani) ixtisasını bitirən 63 nəfərin yalnız 32-si işlə təmin olunub ki, bu da 50.8 faizə bərabərdir.

Dövlət və ictimai münasibətlər (əyani) üzrə təhsil almış 64 məzundan 31 nəfəri işləyir. Nəticədə bu ixtisas üzrə işlə təminolunma faizi 48.4 təşkil edir.

Məzunların əksəriyyəri mərkəzi bankın fəaliyyəti üzrə çalışır. Bu sahə üzrə 138 məzun işə qəbul olunub.

Məzunların ən çox çalışdığı digər sahələr:

Auditor fəaliyyəti sahəsində 57 məzun çalışır ki, bu da ikinci ən çox üstünlük verilən sahədir.

İxtisaslaşdırılmamış topdansatış sektorunda 38 nəfər ADA məzunu işlə təmin olunub.

Ümumi xarakterli dövlət idarəetməsi sahəsində 35 məzun əmək fəaliyyətini davam etdirir.

Mühasibat uçotu və vergilər üzrə fəaliyyət sahəsində 30 nəfər məzun çalışır.

Tehsil-press.az

Oxşar xəbərlər