Qəbul imtahanları yaxınlaşdıqca abituriyenlər universitet seçimləri ilə bağlı araşdırmalar aparır, müxtəlif məsləhətlər alırlar. Universitet seçimi zamanı nəzərə alınmalı olan faktorlar arasında həmin ali təhsil ocağının məzunlarının əmək bazarındakı yeridir.
Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında 2018-2021-ci illər arasında Azərbaycanda fəaliyyət göstərən 10-dan çox universitetin məzunlarının əmək bazarındakı yeri ilə bağlı məlumatlar dərc edilib.
Qeyd edək ki, platforma universitetlərin özləri tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlanıb. Hesablama şəxslərin məzun olduqdan sonra iki il ərzində ilk əmək müqaviləsi əsasında aparılıb.
Modern.az ayrı-ayrı universitetlər üzrə məzunların əmək bazarında yeri barədə araşdırma aparır. Bundan əvvəlki araşdırmalar Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), Azərbaycan Texniki Universitetinin (AzTU), Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) məzunlarına həsr olunub.
Bu yazıda Sumqayıt Dövlət Universitetinin (SDU) məzunları araşdırılır. Universitetin tarixi 1962-ci ildən başlayır. Həmin il bu ali məktəb SSRİ Nazirlər Sovetinin qərarına əsasən Azərbaycan Neft və Kimya İnstitutunun filialı olaraq yaradılıb. 1975-ci ilə qədər filial kimi fəaliyyət göstərib, 1975–1992-ci illərdə isə Ali Texniki Təhsil Məktəbi adı altında tədrisini davam etdirib. 1992-ci ildən Azərbaycan Sənaye İnstitutu adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dovlət Universiteti yaradılıb.
“Məzunların məşğulluq reytinqi” platformasında qeyd olunur ki, 2018-2021-ci illərdə SDU-dan 3500-ə yaxın tələbə məzun olub, onların 50 faizi işlə təmin olunub.
2018-2021-ci illərdə qeyd olunan universitetdən ən çox məzunu olan ixtisaslar aşağıdakılar olub:
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 266 nəfər (onlardan 37 faizə yaxını, 99 nəfəri iş tapıb)
Fizika müəllimliyi – 255 nəfər (onlardan 40 faizi, 101 nəfəri iş tapıb)
Riyaziyyat müəllimliyi – 232 nəfər (onlardan 36 faizdən çoxu, 84 nəfəri iş tapıb)
Tarix müəllimliyi – 185 nəfər (onlardan 55 faizə yaxını, 47 nəfəri iş tapıb)
Mühasibat uçotu və audit – 153 nəfər (onlardan 66 faizi, 101 nəfəri iş tapıb)
Kimya mühəndisliyi – 144 nəfər (onlardan 47 faizdən çoxu, 68 nəfəri iş tapıb)
Menecment – 119 nəfər (68 nəfəri iş tapıb)
Dünya iqtisadiyyatı – 118 nəfər (78 nəfəri iş tapıb)
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə) müəllimliyi – 110 nəfər (58nəfəri iş tapıb)
Elektroenergetika mühəndisliyi – 107 nəfər (40 nəfəri iş tapıb)
SDU məzunlarının ən çox işlədiyi yerlər ümumitəhsil müəssisələri, ixtisaslaşdırılmamış mağazalar, ümumi xarakterli dövlət idarələri və sairdir.
Tehsil-press.az