Qəbul imtahanları yaxınlaşdıqca abituriyenlər universitet seçimləri ilə bağlı araşdırmalar aparır, müxtəlif məsləhətlər alırlar. Universitet seçimi zamanı nəzərə alınmalı olan faktorlar arasında həmin ali təhsil ocağının məzunlarının əmək bazarındakı yeridir.
Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında 2018-2021-ci illər arasında Azərbaycanda fəaliyyət göstərən 10-dan çox universitetin məzunlarının əmək bazarındakı yeri ilə bağlı məlumatlar dərc edilib.
Qeyd edək ki, platforma universitetlərin özləri tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlanıb. Hesablama şəxslərin məzun olduqdan sonra iki il ərzində ilk əmək müqaviləsi əsasında aparılıb.
Modern.az ayrı-ayrı universitetlər üzrə məzunların əmək bazarında yeri barədə araşdırma aparır. Bundan əvvəlki araşdırmalar Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), Azərbaycan Texniki Universitetinin (AzTU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) məzunlarına həsr olunub.
Bu yazıda Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) məzunları araşdırılır. ATMU 22 dekabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2006-cı ildən fəaliyyət göstərən Azərbaycan Turizm İnstitutunun (ATİ) bazasında yaradılıb. Ali təhsil müəssisəsi ölkədə turizm və menecement sahələri üzrə kadr hazırlığını həyata keçirir.
Hazırda universitetdə 3 fakültə və 8 kafedra fəaliyyət göstərir. ATMU-da tədris təhsilin bakalavriatura, magistratura və doktorantura pillələri, həmçinin əlavə təhsil proqramı üzrə həyata keçirilir.
“Məzunların məşğulluq reytinqi” platformasında qeyd olunur ki, 2018-2021-ci illərdə ATMU-dan 1400-ə yaxın tələbə məzun olub, onların 61 faizi işlə təmin olunub.
2018-2021-ci illərdə qeyd olunan universitetdən ən çox məzunu olan ixtisaslar aşağıdakılar olub:
Turizm və otelçilik – 376 nəfər (onlardan 66 faizə yaxını, 248 nəfəri iş tapıb)
Menecment – 208 nəfər (onlardan 58 faizi, 122 nəfəri iş tapıb)
Turizm və otelçilik (ingilis dilində) – 118 nəfər (onlardan 71 faizdən çoxu, 84 nəfəri iş tapıb)
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması – 85 nəfər (onlardan 55 faizə yaxını, 47 nəfəri iş tapıb)
Maliyyə – 68 nəfər (onlardan 65 faizi, 44 nəfəri iş tapıb)
Sosial iş – 62 nəfər (onlardan 51 faizdən çoxu, 32 nəfəri iş tapıb)
Beynəlxalq münasibətlər – 59 nəfər (34 nəfəri iş tapıb)
Biznesin idarə edilməsi – 51 nəfər (36 nəfəri iş tapıb)
Qida məhsulları mühəndisliyi – 50 nəfər (30 nəfəri iş tapıb)
Marketinq – 47 nəfər (22nəfəri iş tapıb)
ATMU məzunlarının ən çox işlədiyi yerlər mehmanxana, restoran və mağazalardır.
Tehsil-press.az