"Sualların əvvəlcədən müəyyən şəxslərə təqdim olunması..." - Kamran Əsədov fotolar PAYLAŞDI

"İmtahanın keyfiyyəti onun məzmunu qədər, şəffaflığı ilə ölçülür".

Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında yazıb.

"Sertifikasiya prosesində sualların əvvəlcədən müəyyən şəxslərə təqdim olunması, həmçinin müəlliflərin öz dərslərində bu suallardan istifadə etməsi ciddi pozuntudur. Bu, artıq qiymətləndirmə deyil, saxtakarlıqdır. Maraqlar sistemi şəffaflığı deyil, etibarı öldürür", - deyə o vurğulayıb.

Qeyd edək ki, K.Əsədov qeyd etdiyi pozuntunu sübut edəcək fotolar da paylaşıb. Həmin fotoları oxucuların diqqətinə çatdırırıq:

"Sualların əvvəlcədən müəyyən şəxslərə təqdim olunması..." - Kamran Əsədov fotolar PAYLAŞDI
"Sualların əvvəlcədən müəyyən şəxslərə təqdim olunması..." - Kamran Əsədov fotolar PAYLAŞDI
"Sualların əvvəlcədən müəyyən şəxslərə təqdim olunması..." - Kamran Əsədov fotolar PAYLAŞDI


Tehsil-press.az


Oxşar xəbərlər