
Bu fikirləri təhsil eksperti Etibar Əliyev sosial şəbəkə hesabında paylaşıb.
"Elm və Təhsil Nazirliyi imtahan keçirə bilmir;
Riyaziyyat Olimpiadasından keçirilən imtahanda 30 sualın 9-u səhv tərtib olunmuşdu. Bu “uğurlu işə görə” Fuad Qarayevin başına sığal çəkildi.
Qrant layilərinə ayrılan milyonlarla manat vəsaitin effekti yoxdur.
Təhsilin idarə olunması bərbad vəziyyətdədir.
Orta məktəb təhsili repetitorlara təslim edilib.
Məktəb direktorları məktəbə gəlir gətirən obyekt kimi baxırlar.
Müəllim və alim nazir tərəfindən mütəmadi olaraq aşağılanır.
Azərbaycanın əleyhinə olan qüvvələrə yaxınlığı ilə seçilən təşkilatın üzvlərinə milyonlara manat vəsat ayrılır.
Təhsil sahəsinə heç bir aidiyyəti olmayan şəxslərə böyük vəzifələr verilir"-, deyə o bildirib.
Tehsil-press.az