Saqqallı tələbə qalmaqalı böyüdü – Kamran Əsədov od püskürdü – VİDEO

Saqqallı tələbə qalmaqalı böyüdü – Kamran Əsədov od püskürdü – VİDEO Paytaxtdakı ali məktəblərin birində təhsil alan tələbələrin saqqala görə dərsə buraxılmaması günlərdir ki, müzakirə olunur.

Bakı Biznes Universitetinin tələbələri nəticədə dərslərdən geri qaldıqları, qayıb limitini doldurduqlarına görə imtahana buraxılmadıqlarından şikayətləniblər. Qeyd edək ki, yalnız bu deyil, Sumqayıt Dövlət Universitetində də oğlan tələbələrə saqqal qadağasının qeyri-rəsmi formada hələ də qüvvədə olduğu deyilir.

Ümumiyyətlə, zaman-zaman təhsil ocaqlarında geyimlə bağlı narazılıqlar olub. Bura şortik qalmaqalı, məhkəmələrə qədər uzanan hicab qadağası aid edilə bilər.

Təhsil eksperti, ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov “TV Müsavat”ın qonağı olub, bu və digər mövzulara toxunub. Ekspert eyni zamanda, məktəblərdə aparılan araşdırmaların nəticələri ilə bağlı ilk dəfə efirimizdə açıqlama verib və direktorları ifşa edib. Daha ətraflı videomaterialdan izləyə bilərsiniz.



Tehsil-press.az

Oxşar xəbərlər