Azərbaycanda rusdilli məktəblər bağlanır - 3 il ərzində...

Azərbaycanda rusdilli məktəblər bağlanır - 3 il ərzində... Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər gəlib.

Bildirişdə rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı qeyd olunub.

Qərarın Azərbaycan dilinin əsas təhsil vasitəsi kimi mövqeyini gücləndirmək və bütün vətəndaşları vahid təhsil mühitinə inteqrasiya etmək məqsədi daşıdığı söylənilir.

İddiaya görə, islahatlar mərhələli şəkildə aparılacaq. Yaxın üç ildə rusdilli məktəblər Azərbaycan dilində tədrisə keçəcək, müəllimlərin ixtisasartırma kursları təşkil olunacaq.

Qeyd edək ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb.

Tehsil-press.az

Oxşar xəbərlər