Azərbaycan Universitetinin professoru Asif Hacıyev Rusiya mətbuatına müsahibə verib

Azərbaycan Universitetinin professoru Asif Hacıyev  Rusiya mətbuatına müsahibə verib Azərbaycan Universitetinin professoru Asif Hacıyev Rusiyanın nüfuzlu “russkiymir.ru” informasiya portalına müsahibə verib.
Asif Hacıyev müsahibədə Sovet İttifaqının süqutundan sonra rus dilinin Azərbaycanda mədəniyyətin və gündəlik həyatın vacib elementi olması və dövlət tərəfindən dəstəklənməsi məsələsinə aydınlıq gətirib. Müsahibədə həmçinin ölkədə rus dilinin və rusdilli əhalinin ümumi vəziyyəti, rus dilində dərc olunan mətbu orqanlar, radio və televiziya kanalları, rus dilinin tədrisi və tədqiqi, ölkədə fəaliyyət göstərən rusdilli təhsil müəssisələri və mədəniyyət ocaqları haqqında maraqlı faktlar açıqlanıb.
Qeyd olunub ki, Azərbaycanda fəaliyyət gösərən rusdilli təhsil və mədəniyyət müəssisələri Azərbaycan dövləti tərəfindən himayə olunur və büdcədən maliyyələşdirilir.
Professor Azərbaycanın təhsil və iqtisadi məkanında rus dilində fəal istifadəni əmək bazarının tələbləri ilə yanaşı Azərbaycan xalqının tolerantlıq ənənələri və ölkəmizdə bu sahədə aparılan uğurlu dövlət siyasəti ilə də əlaqələndirir.
Müsahibədə rus ədədbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcüməsi, rus dili tərcüməçilərinin hazırlanması, rusistika sahəsində görülən işlər və bu kimi məsələlərə də toxunulub.
Müsahibəyə keçid aşağıdadır:
https://russkiymir.ru/publications/243960/?_utl_t=wh

İctimaiyyətlə əlaqələr şöbəsi

Oxşar xəbərlər