Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinə AzTU-nun Fəxri Doktoru diplomu təqdim olunub

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinə AzTU-nun Fəxri Doktoru diplomu təqdim olunub İyulun 2-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara Azərbaycan Texniki Universitetinin (AzTU) Fəxri Doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.

Əvvəlcə AzTU-nun foyesində ulu öndər Heydər Əliyevin büstü ziyarət olunub.

Tədbir iştirakçılarını salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev Ersin Tatarın Türk dünyası birliyi üçün xidmətlərindən danışıb.

Daha sonra Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara Fəxri Doktor diplomu təqdim edilib.

AzTU-nun Fəxri Doktoru, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar da öz növbəsində təşəkkürünü ifadə edib, bundan sonra da Türk dünyasının həmrəyliyi istiqamətində səylərini əsirgəməyəcəyini xüsusi vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər