Professor Sevinc Əliyeva Şimali Kipr Türk Respublikası Məclisində çıxış edib

Professor Sevinc Əliyeva Şimali Kipr Türk Respublikası Məclisində çıxış edib Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva və Azərbaycanın nümayəndə heyəti Şimali Kipr Türk Respublikasında işgüzar səfərdədir. Azərbaycanla yanaşı Özbəkistan və Türkiyədən olan ziyalı və işgüzar xanımlar Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Törənin qəbulunda olublar. Professor Sevinc Əliyevanın Şimali Kipr Türk Respublikası Məclisindəki çıxışı böyük maraqla qarşılanıb. S.Əliyeva çıxışında Türkiyə – Azərbaycan – Kipr dostluğunun tarixindən və əhəmiyyətindən, bu işdə liderlərimizin böyük xidmətlərindən söz açıb. 2023-cü ilin yubileylər ili olduğunu diqqətə çatdıran professor bu il Ulu Öndər Heydər Əliyevin 100, Türkiyə Respublikasının yaranmasının 100 və Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 40-cı ildönümünün qeyd edildiyini bildirib. O, Böyük Atatürkün və Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dostluq və inkişaf strategiyasının bu gün də türk dövlətlərinin prezidentləri tərəfindən uğurla davam etdirildiyini söyləyib. Sevinc Əliyeva Zorlu Törəyə üzərində Türk dünyasının mədəniyyət paytaxtı və Qarabağın incisi Şuşamızın təsviri əks olunmuş hədiyyə təqdim edib. Tehsil-press.az

Oxşar xəbərlər