ADU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü və Norveç Konstitusiyasının qəbul olunmasının 203-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.

ADU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü və Norveç Konstitusiyasının qəbul olunmasının 203-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. 4 may 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Xarici dillər kafedrasının müəllimi Anar Rəhimovun təşkilatçılığı, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisasında təhsil alan tələbələrin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü və Norveç Konstitusiyasının qəbul olunmasının 203-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
Dəyirmi masanın Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş silsilə tədbirlərdən biri olduğunu qeyd edən A.Rəhimov “Tur Heyerdal və H.Əliyevin Azərbaycan-Norveç münasibətlərində təkanverici qüvvə kimi” mövzusunda çıxış etdi. O, Tur Heyerdalın Azərbaycanda apardığı tədqiqatlardan söz açaraq iki ölkə arasında mövcud olan tarixi və iqtisadi əlaqələr haqqında iştirakçılara ətraflı məlumat verdi. Azərbaycanın Norveç üçün əhəmiyyətli bir ölkə olduğunu qeyd edən A.Rəhimov bunun təhsil sahəsində əməkdaşlığın mövcud inkişafına müsbət təsir etdiyini bildirdi.
Sonra tələbələr “Norveç milli günü–Tarixə səyahət”, “Müstəqillik tarixində Azərbaycan-Norveç münasibətləri”, “Nobel mükafatçısı Knut Hamsun və Azərbaycan”, “Müasir Norveçdə dil vəziyyəti” mövzularında məruzələrlə çıxış etdilər.
Daha sonra tədbirdə Norveç və Skandinaviya ölkələri haqqında viktorina keçirildi və qaliblər mükafatlandırıldı.
Sonda çıxış edən Xarici Dillər kafedrasının müdiri, dosent Salman Nuriyev və rektorun müşaviri, doktor Vazeh Əsgərov tədbirin əhəmiyyətindən danışdılar. Tədbirin iki önəmli gündə təşkil olunmasını yüksək qiymətləndirən çıxışçılar tələbələrin fəal iştirakını sevindirici hal kimi qiymətləndirdilər.


ADU İctimaiyyətlə Əlaqələr Departamenti

Oxşar xəbərlər