
Bu sözləri Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski Britaniyanın Baş naziri Keyr Starmerin Ukraynaya "sarsılmaz dəstək" barədə bəyanatlarını şərh edərkən bildirib.
"Bütün bunların izahı var: Böyük Britaniya Almaniya ilə öncədən Rusiya əleyhinə ittifaq quraraq müxtəlif təxribatlarla Ukrayna məsələsində sülh danışıqlarını yenidən pozmağa çalışır. Liberal “Avropa elitası” mövcud hərbi vəziyyəti daha da gərginləşdirərək ilk növbədə hakimiyyətdəki mövqelərini qorumaq istəyir", - Slutski söyləyib.
Qeyd edək ki, Rusiya BMT Təhlükəsizlik Şurasının iyulun 31-də iclas keçirməsini istəyib və orada İstanbulda Rusiya-Ukrayna danışıqlarını pozmaq cəhdlərini müzakirə etməyi təklif edib.
Tehsil-press.az