
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb.
Məlumata görə, daşımalar ümumilikdə 80 avtobusla təşkil olunacaq:
"Konsert iştirakçılarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələri tövsiyə olunur".
Vurğulanır ki, saat 16:00-20:00 aralığında aşağıdakı metrostansiyalardan Bakı Olimpiya Stadionu istiqamətində avtobuslar fəaliyyət göstərəcək:
"Koroğlu" metro stansiyası (Nəqliyyat Mübadilə Mərkəzi)
"Qara Qarayev" metro stansiyası
"28 May " metro stansiyası
"20 Yanvar" metro stansiyası
Bakı Olimpiya Stadionundan əks istiqamətdə isə avtobuslar saat 23:00-dan etibarən yola düşəcək.
Tehsil-press.az