İslam Həmrəyliyi Oyunları zamanı marşrutlar gecə saat 02:00-dək işləyəcək

İslam Həmrəyliyi Oyunları zamanı marşrutlar gecə saat 02:00-dək işləyəcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yarışlara bilet alan şəxslər xüsusi avtobuslarla daşınacaq.

Təhsil-press.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, həmin şəxslər biletlərini təqdim etməklə metronun "Qara Qarayev", "Gənclik" və "20 Yanvar" stansiyalarının yaxınlığından ekspress avtobuslarla daşınacaq. Avtobuslar metro stansiyalarının qarşısından saat 17:00-dan etibarən işləyəcək. Həmin avtobuslar Bakı Olimpiya Stadionundan saat 22:30-da geri qayıdacaq. Əlillər üçün isə metronun "Gənclik" stansiyasından xüsusi avtobus ayrılacaq. Hələlik sərnişinlərin daşınması üçün 228 avtobus ayrılıb, 91 avtobus isə ehtiyat üçün saxlanılıb.
Sərnişinlərin daşınması üçün marşrutlar həmin günlərdə gecə saat 02:00-a qədər fəaliyyət göstərəcək. Ehtiyac yaranarsa, həmin marşrutların vaxtı bir qədər də uzadıla bilər.

Təhsil-press.az

Oxşar xəbərlər