Ev qayınatanın adınadırsa, boşanan cütlüklərə nə qədər pay düşür? - AÇIQLAMA
“Boşanmaq istəyən ər-arvada qayınata və ya qayınana adına olan əmlakdan hər hansı pay düşmür. Ailə Məcəlləsinə əsasən, yalnız birgə nikah dövründə alınmış əmlak, avtomobil, torpaq sahəsi üzərində ər-arvadın payları müəyyən oluna, onlar arasında bölünə bilər. Boşanma halında məhkəmənin qərarı ilə nikahdan sonra atanın adına alınmış mənzil və ya torpaq sahəsi yarı-yarıya bölünür, üzərində 50%-50% 1/2 hissə pay tanınır. Bəzi hallarda uşaqların mənafeyi nəzərə alınmaqla ev qeyri-müəyyən bölünə bilər. Məsələn, 1/3-i ataya, uşaqlar anada qalırsa, uşaqların mənafeyi nəzərə alınmaqla 2/3-si anaya verilə bilər. Bu qaynata və ya qaynana adına olmamalıdır”.
Bu sözləri açıqlamasında tanınmış vəkil Turan Abdullazadə deyib.
“Vərəsəlik qaydasına görə, atadan oğula keçən əmlakın da qadına heç bir aidiyyatı yoxdur. Yəni qaynata evi oğulun adına keçməsini vəsiyyət etsə belə, yenə də boşanan qadına pay düşmür. Uşaqlar isə atanın varisidir. Gələcəkdə ata dünyasını dəyişəndə həmin ev uşaqlara qalacaq”, - vəkil bildirib.
Tehsil-press.az
- Baxış: 162
Xəbərin tarixi: 28.07.2025 / 12:16
-
Oxşar xəbərlər