
1988-ci ildə "TRT 1"də yayımlanan "Kuruluş Osmancık" serialında çıxış edən aktyor 37 ildən sonra oxşar təklif alıb.
İddialara görə, Cihan Ünal Burak Özçivitin yerinə "Osman bəy" obrazını canlandıra bilər.
"Yeni mövsümdə hekayənin "Orhan Qazi" dövrünə keçəcəyi deyilir. Bu kontekstdə serialın əsas heyətində böyük dəyişikliklər gözlənilir. Hazırkı heyət üzvlərindən yalnız bir neçəsinin yeni mövsümdə yer alacağı, digərləri üçün danışıqlar aparıldığı bildirilir. "Orhan bəy" obrazı üçün Mert Yazıcıoğlu, Birkan Sokullu və Murat Ünalmış kimi adlarla əlaqə saxlandığı da iddia edilib", - deyə Türkiyə KİV-lərində qeyd olunub.
Tehsil-press.az