
Bu barədə serialın ssenaristi Bahadır Özdener instaqramda bildirib.
“Allahdan anamıza rəhmət, ailəsinə və sevənlərinə başsağlığı diləyirik”, - paylaşımda deyilir.
Qeyd edək ki, S. Toziya 1946-cı il aprelin 17-də Makedoniyanın Skopye (Üsküb) şəhərində anadan olub. “Muhteşem Yüzyıl” serialında “Afife Hatun” obrazını canlandırıb. Toziya, həmçinin “Bal Kaymak” və “Annemin Yarası” adlı filmlərdə də rol alıb. Sənətkar 2021-ci ildə beynindəki şiş səbəbiylə qismən iflic olub və bu səbəbdən “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialından ayrılıb.
Tehsil-press.az