İlk dəfə birlikdə görüntüləndilər

İlk dəfə birlikdə görüntüləndilər Yeni sevgi macərasına başlayan Türkiyənin tanınmış aktyoru Mert Yazıcıoğlu ilə həmkarı Dilan Çiçek Deniz ilk dəfə bir yerdə görüntülənib.
Cütlük İstanbulda Atatürk Kültür Mərkəzindəki təqdimata birlikdə qatılıb. Onların Okan Bayülgenin baş rolu canlandırdığı “Richard” adlı tamaşanı əl-ələ izləməsi diqqətdən yayınmayıb.
Hazırda reytinq rekordları qıran “Yalı çapkını” serialının baş qəhrəmanı Afra Saraçoğlu ilə 4 il sevgili olan Mert Yazıcıoğlu bir müddət öncə münasibətlərinə son qoymuşdu. Ayrılığa səbəb kimi Saraçoğlunun çəkildiyi serialda tərəf müqabili olan Mert Ramazan Demirlə eşq yaşaması göstərilib.
Dilan Çiçek Deniz isə bir müddət əvvəl islandiyalı nişanlısı Thor Saevarssonla evliliyə hazırlaşarkən ayrılıb.

Tehsil-press.az


Oxşar xəbərlər